[b]Millimizin futbolçusu ermənilərlə qarşılaşacaq [/b]
27.06.2018 - 11:17
[b]Millimizin futbolçusu ermənilərlə qarşılaşacaq
[/b]

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” klubu təlim-məşq toplanışı üçün Bolqarıstana yollanıb. Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, komanda 2 həftəlik təlim-məşq toplanışı çərçivəsində 6 yoxlama görüşü keçirəcək.

 

Rəqiblər yerli komandalar “Beroe”, “Çerno More”, həmçinin “Anortossis” (Kipr), “Levski” (Bolqarıstan) və “Banants”dı (Ermənistan). Bir rəqibin kimliyi hələ bəlli deyil.

 

Paşayevin komandası ermənilərlə iyulun 1-də üz-üzə gələcək. Bəzi oyunçuları Ukraynada saxlayan “Aleksandriya”nın məşqçilər korpusu yığmamızın üzvünü də Bolqarıstana aparıb.