[b]Millimizin oyunlarının vaxtı açıqlandı[/b]
27.07.2018 - 16:26
[b]Millimizin oyunlarının vaxtı açıqlandı[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi üç oyunun vaxtı və stadionu müəyyənləşib. Apasport.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, yığmamız sentyabrın 6-da, saat 21:00-da İsrail, sentyabrın 11-də, saat 20:00-da isə Norveç komandası ilə qarşılaşacaq.

 

Hər iki oyun “Dalğa Arena”da keçiriləcək. Komandamızın Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə oktyabrın 16-dakı görüşü isə Drammen şəhərindəki "Marienlyst Stadium"da, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) keçiriləcək.

0