Millimizin üzvü oynamadı, komandası məğlub oldu
05.03.2025 - 23:27

Türkiyə I liqasında XXVIII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, millimizin üzvü Coşqun Diniyevin çıxış etdiyi "Çorum" doğma meydanda "Boluspor"la qarşılaşıb.
Görüş ev sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Diniyev bu matçda ehtiyat heyətdə qalıb.
Qeyd edək ki, "Çorum" turnir cədvəlində 39 xalla 10-cu pillədə qərarlaşıb.
0
0