[b]Millinin müdafiəçisi paytaxt klubunda
- FOTO[/b]
02.07.2018 - 23:39
İngiltərənin “Arsenal” klubu növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, London klubu Sokratis Papastatopulosla müqavilə imzalayıb.
Dortmund “Borussiya”sından keçən 30 yaşlı müdafiəçi ilə uzunmüddətli anlaşma əldə edilib. “5” nömrəsi ilə çıxış edəcək futbolçunun transfer qiyməti və müqavilə müddəti açıqlanmayıb.
Qeyd edək ki, 2013-cü ildən “Borussiya”da oynamış müdafiəçi Yunanıstan yığmasında 79 oyuna 3 qol vurub.
0
0