Əməliyyat olundu - "Atletiko"nun futbolçusu
04.02.2020 - 15:51
Əməliyyat olundu - "Atletiko"nun futbolçusu

"Atletiko" müdafiəçisi Kiran Trippierin xidmətindən bir müddət yararlana bilməyəcək.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu bu gün əməliyyat olunub.

Qasıq nahiyəsindən əməliyyat keçirən İngiltərə millisinin üzvünün bərpa prosesinə start verilib. Onun təxminən bir ay komandasına kömək edə bilməyəcəyi açıqlanıb. Bu isə o deməkdir ki, Trippier Çempionlar Liqasının 1/8 final mərhələsində fevralın 18-də "Liverpul"a qarşı keçiriləcək ilk görüşü buraxacaq. Bu komandalar arasında cavab matçı martın 11-də baş tutacaq.

Qeyd edək ki, Kiran Trippier bu mövsüm 22 oyunda iştirak edib, 4 assistlə yadda qalıb.