"Monako" polşalı qolkiperlə müqavilə yeniləyib
21.05.2024 - 11:17
Radoslav Majeçki

"Monako"nun polşalı qapıçısı Radoslav Majeçki Fransa çempionatının cari mövsümünün gümüş mükafatçısı ilə müqavilə yeniləyib.

Apasport.az xəbər verir ki, qapıçının klubla müqaviləsi 2028-ci ilin ortalarına qədər uzadılıb.

Majeçki 2020-ci ilin qışından "Monako"da çıxış edir. 

Cari mövsümdə polyak futbolçu bütün turnirlərdə 15 oyun keçirib, 14 qol buraxıb. 7 görüşdə isə qapısını toxunulmaz saxlamağı bacarıb. 

0