Mourinyo milli komandada işləyəcək
06.10.2023 - 12:21
Mourinyo milli komandada işləyəcək

“Roma”nın baş məşqçisi Joze Mourinyo gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İtaliya klubu ilə müqaviləsini uzatmayacaq.

60 yaşlı çalışdırıcının indiki anlaşması 2024-cü ilin yayında başa çatacaq. Mourinyo 2023/24 mövsümünün sonunda paytaxt klubundan ayrılmağa qərar verib.

Mourinyo karyerasını titullar uğrunda mübarizə apara bilən milli komandalardan birində davam etdirməyi planlaşdırır. Onun İngiltərə, İtaliya və Braziliya yığmalarından birinin “sükanı arxası”na keçəcəyi gözlənilir.

Qeyd edək ki, 2021-ci ildən “Roma”ya rəhbərlik edən Mourinyo indiyədək milli komandada çalışmayıb.

0