“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Beşiktaş”da çıxış edən Rafa Silvanı heyətinə qatmaq istəyir.
Apasport.az Portuqaliya mətbuatına istinadla xəbər verir ki, klub prezidenti Rui Kosta 32 yaşlı hücumçunun vəziyyətini yaxından izləyir.
Mourinyo sol cinah və ikinci hücumçu mövqelərinə transfer tələb etdiyi üçün Rafa Silvanın keçidinin reallaşma ehtimalı yüksək qiymətləndirilir.
Futbolçunun “Beşiktaş”la 1,5 mövsümlük müqaviləsinin olmasına baxmayaraq, ona təxminən 8 milyon avro daha çox qazandıracaq yeni təklif səbəbilə müqaviləni ləğv etmək ehtimalının olduğu qeyd edilib. Bu vəziyyət “Benfika” üçün fürsət yarada bilər.
Silva 2025/26 mövsümündə “Beşiktaş” forması ilə bütün yarışlarda 16 matça çıxıb. Portuqaliyalı futbolçu 5 qol və 3 məhsuldar ötürmə ilə komandasına töhfə verib.
Qeyd edək ki, portuqaliyalı ulduz 2016–2024-cü illərdə “Benfika”nın heyətində çıxış edib.
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”