Mourinyodan etiraz: “Onlar orada olmamalıdır”
17.03.2023 - 16:05
Mourinyodan etiraz: “Onlar orada olmamalıdır”

Avrokuboklarda bir turnirdə uduzan komandanın digərinə yuvarlanmasına etiraz edənlərə daha bir məşhur sima qoşulub.

Apasport.az saytının məlumatına görə, “Roma”nın baş məşqçisi Joze Mourinyo belə yuvarlanmanı ədalətsiz sayır.

Komandası ilə Avropa Liqasının 1/4 finalına yüksələn portuqaliyalı Çempionlar Liqasının uğursuzlarının da bu turnirdə olmasından narahatdır: “Avropa Liqasında elə komandalar var ki, mənim fikrimcə onlar orada olmamalıdır. Əgər onlar turnirdə çıxıblarsa, mübarizəni tam başa vurmalıdır. Avropa Liqasını bura Çempionlar Liqasından gələn komandanın udması mənim üçün məntiqsizlikdir. Avropa Liqası bütün turniri keçənlər üçündür. Konfrans Liqasında uduzan “Latsio”nun başqa turnirə düşmədiyini nəzərdə tuturam. Bax, belə də olmalıdır”.

Qeyd edək ki, qitənin ikinci dərəcəli klub turnirində 1/4 finala adlayanlardan dördü – “Yuventus”, “Sevilya”, “Sportinq” və “Bayer” Çempionlar Liqasının qrup mərhələsinin uğursuzlarıdır. “Feyenoord”, “Mançester Yunayted”, “Union” Sent-Jiloaz isə “Roma” kimi Avropa Liqasının qrupunda oynayıb.

0