Mourinyodan “İnter” iddialarına CAVAB
07.06.2025 - 15:10
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo İtaliya mətbuatına açıqlama verib.
Apasport.az xəbər verir ki, o, haqqında yayılan "İnter" iddialarını da cavablayıb.
Mütəxəssis bunun doğru olmadığını söyləyib: "İnter"lə görüşdüyüm barəsində yayılan xəbərlər böyük bir yalandır".
Hazırda Simone İnzaqidən boşalan posta ən real namizədin Sesk Fabreqas olduğu bildiririlir. İspaniyalı "Komo" və "Bayer"dən imtina etməyə hazırdır.
Qeyd edək ki, "İnter" bu mövsüm Çempionlar Liqasının finalında PSJ-yə məğlub olub - 0:5.
- Türkiyə - Rumıniya matçının keçiriləcəyi stadion müəyyənləşib
- "Real" – "Mançester Siti" qarşılaşması bu kanalda
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu
- “Bavariya” qələbə qazandı, 17 yaşlı futbolçusu tarixə düşdü
- “İnter”ə ağır zərbə: Hakan Çalhanoğlu "Liverpul"la matçda zədələndi
0
0