2023/24-cü il mövsümünün ilk yarısının ən yaxşı 15 baş məşqçisinin adları açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.
Bu siyahıya Almaniya təmsilçisi "Bayer"in ispaniyalı çalışdırıcısı Xabi Alonso başçılıq edir. Bundesliqanın liderinin mövsüm ərzində məğlub olmaması 42 yaşlı mütəxəssisin digərlərindən fərqlənməsi ilə nəticələnib.
2-ci sırada "Aston Villa"nın baş məşqçisi Unay Emeri, 3-cü sırada isə "Jirona"nın baş məşqçisi Miçel yer alır. Siyahının dördüncü məşqçisi isə "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardioladır.
Qeyd edək ki, alman klubu Avropa Liqasında “Qarabağ”la eyni qrupda çıxış edib.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb