Əmrə Mor Yunanıstan klubunda
01.02.2020 - 10:19
Türkiyə millisinin futbolçusu Əmrə Mor karyerasını Yunanıstanda davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, İspaniyanın “Selta” klubuna məxsus olan 22 yaşlı hücumçu “Olimapiakos”a icarəyə verilib.
O, cari mövsümün sonunadək Pirey təmsilçisinin şərəfini qoruyacaq. Əmrə mövsümün ilk yarısında “Qalatasaray”da çıxış edirdi.
Qeyd edək ki, Mor 2017-ci ilin avqustunda “Selta”ya keçib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0