
"Bavariya"nın hücumçusu Tomas Müller Toni Kroosun rekordunu təkrarlayıb.
Apasport.az xəbər verir ki, Münhen klubu mövsümün bitməsinə 2 tur qalmış Bundesliqanın qalibi olub.
Bu, Müllerin Almaniya çempionatında 13-cü, bütün turnirlərdə isə 34-cü kubokudur.
Beləliklə, 35 yaşlı almaniyalı Toni Kroosla (34) birlikdə tarixin ən çox mükafat alan alman futbolçusu olub.
Tomas Müller cari mövsüm bitdikdən sonra "Bavariya"nı tərk edəcək. O, karyerası boyu Münhen nəhənglərinin şərəfini qoruyub.
Toni Kroos isə keçən yay peşəkar futbol karyerasını bitirmişdi. O, 2014/2024-cü illərdə "Real Madrid"də çıxış edib.