Müllerdən yeni rekord
19.08.2023 - 12:41
Müllerdən yeni rekord

Tomas Müller “Bavariya”nın tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Münhen klubunda 16 fərqli mövsümdə Bundesliqa matçına çıxan ilk oyunçudur.

Müller bu rekordu “Verder”lə görüşdə rəsmiləşdirib. O, ilk turun Bremendəki qarşılaşmasında meydana çıxıb. Bu, onun 16-cı mövsümünün startı olub.

Qeyd edək ki, Tomas əvvəlki 15 mövsümdə 12 çempionluq qazanıb.
 

0