Murad Musayev yenidən ən yaxşı seçilib
07.11.2024 - 13:48
Rusiya Premyer Liqasında oktyabr ayının ən yaxşı məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada "Sabah" klubunun sabiq baş məşqçisi Murad Musayev layiq görülüb.
Bunu ölkə çempionatının mətbuat xidməti açıqlayıb. Mütəxəssis ötən ay "Krasnodar"la 3 qələbə qazanıb. Onun komandası "Ximki"ni 4:0, "Spartak"ı 3:0, "Krılya Sovetov"u 2:1 hesabı ilə məğlub edib.
Musayev Sergey Semak ("Zenit"), Martsel Liçka ("Dinamo"), Marko Nikoliç (ÇSKA) və Dmitri Pyatibratovu ("Fakel") geridə qoyub.
Qeyd edək ki, "Krasnodar" 36 xalla Rusiya Premyer Liqasının turnir cədvəlinə başçılıq edir.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0