“Səbail” Premyer Liqada ən böyükhesablı məğlubiyyətini alıb.
Apasport.az-ın PFL-in saytına istinadən məlumatına görə, bu, IV turun “Qəbələ” ilə oyununa təsadüf edib.
Səfərdə 0:5 hesabı ilə uduzan Aftandil Hacıyevin yetirmələri bunadək 5 və ya daha çox top fərqi ilə məğlub olmamışdı.
2017-ci ildən Premyer Liqada çıxış edən “Səbail” həm də ilk dəfə 5 qol buraxıb.
Qəbələdəki oyunadək Bakı klubunun ən ağır yenilgisi 0:4 hesabı ilə olub. Belə nəticə 7 dəfə qeydə alınıb. Bu, iki rəqiblə görüşlərə təsadüf edib. 4 dəfə “Neftçi”, 3 dəfə “Qarabağ” “Səbail”in qapısından dörd cavabsız top keçirib. Paytaxt təmsilçisi 4 dəfə evdə, 3 dəfə səfərdə belə uduzub.
Qeyd edək ki, 5:0 hesabı həm də cari mövsümün ən böyükhesablı nəticəsidir.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər