Ən çox oyunda minimum 4 qol vuranlar - Qvardiolanın gəlişindən sonra
13.03.2022 - 12:43
Ən çox oyunda minimum 4 qol vuranlar - Qvardiolanın gəlişindən sonra

“Mançester Siti” İngiltərə Premyer Liqasının XXVIII turunda “Mançester Yunayted” üzərində 4:1 hesablı qələbə qazanmaqla öz göstəricisini yaxşılaşdırıb.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” hazırkı baş məşqçi Pep Qvardiolanın rəhbərliyi altında 50-ci dəfə ölkə çempionatının bir matçında minimum 4 qol vurmağı bacarıb.

Pep 2016/17 mövsümündən İngiltərədə fəaliyyət göstərir ki, həmin vaxtdan bəri bir qarşılaşmada 4 və daha çox top vuran komandaların sıralamasında “Liverpul” ikincidir. Premyer Liqanın 6 nəhənglərinin yer aldığı cədvələ “Mançester Siti” başçılıq edirsə, şəhərin digər təmsilçisi “Mançester Yunayted” son sıradadır.

2016/17 mövsümündən bəri Premyer Liqanın ən çox oyununda minimum 4 qol vuran komandalar:

1. “Mançester Siti” - 50 oyun
2. “Liverpul” - 41
3. “Tottenhem” - 30
4. “Çelsi” - 23
5. “Arsenal” - 22
6. “Mançester Yunayted” - 20