Ən çox quru oyun keçirən qapıçı kimdir?
22.12.2019 - 16:20
Ən çox quru oyun keçirən qapıçı kimdir?

Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısında ən çox quru oyun keçirən qapıçı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu göstəricidə çempionatın ən yaxşısı Səlahət Ağayevdir.

“Neftçi”nin təcrübəli əlcək sahibi ilk iki dövrənin 7 matçında qapısını toxunulmaz saxlayıb. 14 qarşılaşmada 10 top buraxan S.Ağayev bu oyunların yarısını quru keçirib.

İki qapıçı hərəyə 6 belə görüşə malikdir. Onların hər ikisi legionerdir.

Lakin “Qarabağ”ın bosniya və herseqovinalı qolkiperi Asmir Beqoviç daha az oyunda şans qazanıb. O, 10 görüşdə 5 qol buraxıb. “Keşlə”nin moldovalı legioneri Stanislav Namaşko isə 14 matçda qapısında 12 qol görüb.
 

0
quru seriya qapıçı Azərbaycan Premyer Liqası