Ən çox seyv edən qapıçılar – Çempionlar Liqasında
10.12.2020 - 22:20
Ən çox seyv edən qapıçılar – Çempionlar Liqasında

Çempionlar Liqasının qrup mərhələsində ən çox qurtarış edən qapıçıların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Almaniyanın “Bavariya” klubunun kapitanı Manuel Noyer bu baxımdan bütün həmkarlarını üstələyir.

Ulduz futbolçu meydana çıxdığı 5 matçda ümumilikdə 27 seyv edib. Onu Rusiya klublarının “1 nömrə”ləri izləyib. Moskva “Lokomotiv”inin qapıçısı Gilyerme 6 oyunda 25 dəfə, “Krasnodar”ın qolkiperi Matvey Safonov isə 4 görüşdə 24 dəfə komandasını qoldan xilas edib.

Qeyd edək ki, “Bavariya” növbəti mərhələyə adlayıbsa, “Krasnodar” mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək, “Lokomotiv” üçün isə avrokubok mövsümü yekunlaşıb.
 

0