Dünyanın ən dəyərli gənc futbolçularının yeni reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıya 20 və daha az yaşlı oyunçular salınıb.
Cədvələ 19 yaşlı Cüd Bellinqem başçılıq edir. Dortmund “Borussiya”sının ingiltərəli yarımmüdafiəçisinin transfer dəyəri 101,5 milyon avroya bərabərdir.
Transfer qiyməti ən yüksək olan 10 futbolçudan 3-ü “Barselona”nın formasını geyinir.
1. Cüd Bellinqem
Klubu: “Borussiya”, Dortmund
Ölkəsi: İngiltərə
Yaşı: 18
Mövqeyi: Yarımmüdafiəçi
Dəyəri: 101,5 milyon avro
2. Florian Virtz
Klubu: “Bayer”
Ölkəsi: Almaniya
Yaşı: 18
Mövqeyi: Yarımmüdafiəçi
Dəyəri: 97 milyon
3. Pedri
Klubu: “Barselona”
Ölkəsi: İspaniya
Yaşı: 19
Mövqeyi: Yarımmüdafiəçi
Dəyəri: 82,4 milyon
4. Ansu Fati
Klubu: “Barselona”
Ölkəsi: İspaniya
Yaşı: 19
Mövqeyi: Hücumçu
Dəyəri: 67,1 milyon
5. Eduardo Kamavinqa
Klubu: “Real”
Ölkəsi: Fransa
Yaşı: 19
Mövqeyi: Yarımmüdafiəçi
Dəyəri: 57,5 milyon
6. Camal Musiala
Klubu: “Bavariya”
Ölkəsi: Almaniya
Yaşı: 19
Mövqeyi: Yarımmüdafiəçi
Dəyəri: 57,1 milyon
7. Qavi
Klubu: “Barselona”
Ölkəsi: İspaniya
Yaşı: 17
Mövqeyi: Yarımmüdafiəçi
Dəyəri: 50,1 milyon
8. Covanni Reyna
Klubu: “Borussiya”, Dortmund
Ölkəsi: ABŞ
Yaşı: 19
Mövqeyi: Yarımmüdafiəçi
Dəyəri: 47,5 milyon
9. Nuno Mendeş
Klubu: PSJ
Ölkəsi: Portuqaliya
Yaşı: 19
Mövqeyi: Müdafiəçi
Dəyəri: 40 milyon
10. Ceremi Doku
Klubu: “Renn”
Ölkəsi: Belçika
Yaşı: 19
Mövqeyi: Yarımmüdafiəçi
Dəyəri: 39,9 milyon