Azərbaycan Premyer Liqasının X turunda “Zirə” ilə keçirilən oyun “Sabah”ın futbolçuları Coy-Lens Mikels və Xuan Kamara üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, 3:3 hesabı ilə nəticələnən Bakı derbisində iki qol vuran Mikels ilk dubluna imza atıb.
Matçın 47-ci saniyəsində fərqlənən almaniyalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının cari mövsümündə ən erkən qolun müəllifi olub.
32-ci dəqiqədə Kristian Sebalyosun əvəzinə meydana daxil olan Xuan Kamara isə ilk hissəyə əlavə edilmiş 2-ci dəqiqədə fərqlənərək, “Sabah”da ilk rəsmi qolunu vurub.
Bu görüş Kamara üçün heç də yalnız xoş ilklərlə yadda qalmayıb. 48-ci dəqiqədə ikinci sarı vərəqədən sonra meydandan kənarlaşdırılan ispaniyalı yarımmüdafiəçi “Sabah”da ilk qırmızı vərəqəsini alıb.