Ən gənc qolçu – Bundesliqa tarixində
19.12.2020 - 11:32
Almaniya Bundesliqasının XIII turunda “Union”un qonağı olan Dortmund “Borussiya”sı 1:2 hesabı ilə məğlub olub.
Apasport.az saytının məlumatına görə, qonaq komanda uduzsa da, hücumçusu Yussufa Mukoko üçün görüş əlamətdar olub.
Start heyətində meydana daxil olan və sona qədər əvəzlənməyən Kamerun əsilli forvard dortmundluların təsəlli qoluna imza ataraq, tarixə düşüb. Çünki 16 yaşlı Mukoko Bundesliqa tarixində fərqlənən ən gənc futbolçu ünvanına yiyələnib.
Qeyd edək ki, bu nəticədən sonra “Borussiya” aktivində 22 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0