Futbol tarixinin ən məhsuldar sülalələri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, üç nəslinin nümayəndəsinin hər hansı ölkənin yüksək liqasında qol vurduğu sülalələrin sayı 15-dir.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına ingiltərəli heytlilər başçılıq edir. Onların aktivində 278 qol var.
Cədvəldə Türkiyə təmsilçiləri də var. 51 qol vuran altıntaşlar sülaləsi siyahıda 13-cüdür.
Siyahıya sonuncu qoşulanlar isə italiyalı maldinilərdir. Danielin “Milan”da qol hesabını açması ilə onlar da cədvələ daxil edilib.
İFFHS dörd futbolçunun qol sayını dəqiqləşdirə bilməyib. Bu oyunçuların qol vurduğu bəlli olsa da, dəqiq rəqəm müəyyənləşməyib. Belə futbolçular siyahıda “*” işarəsi ilə fərqləndirilib. Kennet Klyuvertlə Erik Şembrinin göstəricisi 0-la ifadə olunsa da, onların qol vurduğu bəllidir. Lakin neçə dəfə fərqləndikləri dəqiqləşməyib.
|
yer |
futbolçu |
oğullar |
nəvələr |
qol |
ölkə |
|
1 |
Toni Heytli – 106 |
Mark Heytli – 154 |
Tom Heytli -18 |
278 |
İngiltərə |
|
2 |
Harald Berq – 114 |
Oryan Berq – 31 Runar Berq – 66 Anid Berq - 33 |
Patrik Berq - 8 |
242 |
Norveç |
|
3 |
Finn Laudrup – 30 |
Mikael Laudrup – 115 Brayan Laudrup – 84 |
Mads Laudrup – 2 Andreas Laudrup – 8 |
239 |
Danimarka |
|
4 |
Patsi Qallaxer - 203 |
Uilli Qallaxer -0 Tommi Qallaxer – 5 |
Brayan Qallaxer - 24 |
232 |
Şimali İrlandiya, İrlandiya, Şotlandiya |
|
5 |
Arnor Qudyonsen – 114 |
Eycur Qudyohnsen – 91 Arnor Borq Qudyonsen - 3 |
Sveyn Aron Qudyonsen - 10 |
218 |
İslandiya |
|
6 |
David Çalmers - 20 |
Stevie Çalmers - 170 |
Pol Çalmers - 24 |
214 |
Şotlandiya |
|
7 |
Albert Qudmundsson I – 46* |
İnqi Byorn Albertsson - 126 |
Albert Qudmundsson** II - 14 |
186* |
İslandiya |
|
8 |
Kennet Klyuvert – 0* |
Patrik Klyuvert - 149 |
Yustin Klyuvert -21 |
170* |
Surinam, Niderland |
|
9 |
Salvinu Şembri – 5* |
Erik Şembri - 0* |
Andre Şembri - 115 |
120 |
*Malta |
|
10 |
Vladimir Vays I - 7 |
Vladimir Vays II - 43 |
Vladimir Vays III - 65 |
115 |
Çexoslovakiya, Slovakiya |
|
11 |
Pal Dardai I - 70 |
Pal Dardai II - 31 |
Palko Dardai – 4 Marton Dardai – 0 |
105 |
Macarıstan, Almaniya |
|
12 |
Markuitos – 3 |
Markos Alonso I - 46 |
Markos Alonso II - 27 |
76 |
İspaniya |
|
13 |
Mustafa Altıntaş - 3 |
Yaşar Altıntaş – 20 Yusuf Altıntaş – 25 |
Batuhan Altıntaş - 3 |
51 |
Türkiyə |
|
14 |
Çezare Maldini - 3 |
Paolo Maldini - 29 |
Daniel Maldini - 1 |
33 |
İtaliya |
|
15 |
Oskar Garre - 14 |
Ezequel Garre – 2 Emiliano Garre-2 |
Bencamin Garre - 1 |
19 |
Argentina |
* - qol sayı dəqiqləşməyib.
** - nəvə deyil, nəticədir.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər