Ən təhlükəli hücumçular – Dadaşov da var
11.02.2020 - 10:59
Ən təhlükəli hücumçular – Dadaşov da var

ABŞ-ın ikinci liqasında yeni mövsüm öncəsi komandaların hücum xətti ilə bağlı araşdırma aparılıb.

Apasport.az saytının məlumatına görə, hücumu ən təhlükəli olan komanda Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Finiks Rizinq” göstərilib.

Yerli KİV ötən mövsüm ən çox qol vuran komandalardan olan  “Finiks Rizinq”in ön xəttini indi rəqiblər üçün daha təhlükəli sayır: “Arizona ştatının komandası qışda Santi Moar və Rüfət Dadaşov kimi hücumçuları transfer etdi. Moarla müqayisədə Dadaşovun beynəlxalq təcrübəsi daha çoxdur. Solomon Asante və Junior Flemminqsin də komandada olduğunu nəzərə alsaq, “Finiks Rizinq” yeni mövsümün ən təhlükəli hücum xəttinə malikdir”.

Həmçinin azarkeşlər arasında bununla bağlı sorğu da keçirilib. Fanatların fikrincə, 19% səs toplayan “Finiks Rizinq” hücumu ən güclü olan ikinci komandadır.

Qeyd edək ki, MLS-2-yə gələn ay start veriləcək. “Finiks Rizinq” ilk oyununu martın 8-də “Portlend 2” komandasına qarşı keçirəcək.