Ən yaxşı məşqçi açıqlandı – qadın komandalarda
17.12.2020 - 22:33
FİFA 2020-ci ilin ən yaxşı qadın məşqçisinin adını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, mükafatın sahibi Sarina Viqman (Niderland, milli komanda) olub.
O, İsveçrənin Sürix şəhərində təşkil olunan onlayn mükafatlandırmada qalib kimi təqdim edilib. Mütəxəssis
Emma Hayes (İngiltərə, “Çelsi”) və Jan-Lyuk Vassoru (Fransa, “Lion”) arxada qoyub.
Qeyd edək ki, milli komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən səsvermə ilə müəyyənləşən mükafatın ötənilki qalibi ABŞ millisinin çalışdırıcısı Jil Ellis olub.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0