Ən yaxşı seçildi, rekordu yenilədi - Premyer Liqada
07.02.2020 - 15:56
İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, "Mançester Siti"nin hücumçusu Serxio Aquero bu ada layiq görülüb.
Argentinalı forvard ötən ay ərzində meydana çıxdığı 3 oyunda 6 qol, 1 məhsuldar ötürmə ilə bu mükafata yiyələnib. 31 yaşlı oyunçu karyerasında 7-ci dəfə ayın ən yaxşısı seçilərək "Liverpul"un əfsanəvi kapitanı Stiven Cerrardla "Tottenhem"in hücumçusu Harri Keyni üstələyib və Premyer Liqa rekordunu ələ keçirib.
Qeyd edək ki, Serxio Aquero bu mövsüm iştirak etdiyi 25 oyunda 21 qola imza atıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0