Transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə anlaşıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “gənclik şəhəri” təmsilçisi Dmitri Nağıyevi heyətinə qatıb.
U-21 millimizin üzvü yeni komandası ilə 1 illik müqavilə imzalayıb. Nağıyev “Sumqayıt”da 33 nömrəli formanı geyinəcək.
Bununla yanaşı, yeni baş məşqçi Nazim Süleymanovun daha bir köməkçisi müəyyənləşib. Belə ki, fiziki hazırlıq üzrə məşqçi Anton Dyaçenko ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2012-ci ildən “Dnepr”də (13 oyun, 1 qol) çıxış edən Dmitri Nağıyev ötən mövsümü Vyana “Qarabağ”ında (15 oyun, 1 qol) keçirib. O, həmçinin U-21 millimizin də (2015-2016, 2 oyun) şərəfini qoruyub. Dyaçenko isə 2011-2017-ci illər ərzində Kiyev "Dinamo"sunun, 2017-2018 mövsümündə isə "Şaxtyor"un akademiyasında fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.