"Napoli" PSV-nin hücumçusunu 25 milyon avroya alıb
17.07.2025 - 19:19
"Napoli" PSV-nin hücumçusunu 25 milyon avroya alıb

"Napoli" PSV-nin hücumçusu Noa Lanq üçün pul 25 milyon avro xərcləyib.

Apasport.az xəbər verir ki, müqavilə 2030-cu ilin yayına qədər imzalanıb.

26 yaşlı forvard həm hücumun sağ cinahında, həm də hücumun mərkəzində ikinci forvard kimi oynaya bilir.

Lanq Niderland millisində 14 oyun keçirib və 3 qol vurub.