"Napoli" yay transfer pəncərəsində heyətini gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, İtaliya çempionu "Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara ilə maraqlanır.
Bu barədə "Il Mattino" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Neapol təmsilçisi Andre-Frank Zambo Anquissanın komandadan ayrılacağı halda onun əvəzini məhz braziliyalı futbolçu ilə doldurmağı planlaşdırır.
Klub rəhbərliyi Saranı orta xətt üçün əsas variantlardan biri hesab edir.
Qeyd edək ki, Qabriel Sara ötən mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 4 qol vurub və 10 məhsuldar ötürmə edib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!