“Napoli”nin hücumçusu agentini məhkəməyə verdi
28.06.2022 - 22:38
“Napoli”nin hücumçusu agentini məhkəməyə verdi

“Napoli”nin futbolçusu Viktor Osimhen məhkəməyə müraciət edib.

Apasport.az saytının məlumatına görə, hücumçu keçmiş agenti Osit Okolodan şikayət edib.

Osimhen “Lill”dən “Napoli”yə keçidi zamanı agentin böyük komissiya haqqını mənimsəməsindən şübhələnir. 23 yaşlı futbolçu bu üzdən Laqos məhkəməsinə üz tutub.

Qeyd edək ki, Viktor 2020-ci ilin sentyabrında “Lill”dən “Napoli”yə 71,2 milyon avroya keçib.
 

0