[b]Naqatomo “Qalatasaray”da qaldı
[/b]
30.06.2018 - 14:39
Yaponiya millisinin və İtaliya “İnter”inin futbolçusu Yuto Naqatomonun yeni klubu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.
Belə ki, ötən mövsümün ikinci yarısında “Qalatasaray”da icarədə olan Naqatomo İstanbul klubunda qalıb. “Sarı-qırmızı”ların transfer etdiyi futbolçu 2011-ci ildə keçdiyi “İnter”də 213 oyunda 12 qol vurub.
0
0