Belçikalı Radja Naynqqolan karyerasını Milanın “İnter” klubunda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 4 illik müqaviləyə imza atıb.
“İnter” Naynqqolanın “Roma”dan transferi üçün 25 milyon avro ödəyib. Müəyyən fasilədən sonra Çempionlar Liqasına qayıdan milanlılar qarşı tərəfə həmçinin 2 futbolçusu – David Santon və Nikolo Zaniolonu da verib.
Qeyd edək ki, yığmasının heyətində Rusiyaya dünya çempionatına aparılmayan Naynqqolan “Roma”ya 2014-cü ildə “Kalyari”dən gəlmişdi. O, son mövsümdə bu komandanın heyətində 42 matçda forma geyinib.