[b]“Neftçi” üçün təcrübəsiz yunanıstanlı [/b]
29.06.2018 - 12:02
[b]“Neftçi” üçün təcrübəsiz yunanıstanlı
[/b]

Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi”nin “Uypeşt”lə cavab matçını idarə edəcək Anastasius Papapetru gənc hakimdi. Apasport.az saytının məlumatına görə, 33 yaşlı yunanıstanlı 2016-cı ildən FİFA kateqoriyasını daşıyır.

 

İndiyə qədər beynəlxalq arenada 19 oyun idarə edən Papapetru əsasən aşağı yaş qrupu yığmalarının matçlarında ədaləti qoruyub. Avrokubok təcrübəsi elə də böyük deyil. Cəmi 2 dəfə Avropa Liqası matçında fit çalıb.

 

Belə ki, 2016-17 mövsümündə I mərhələnin “Hubernians” (Malta) – “Spartak” (Slovakiya), ötən il isə II mərhələnin “Makkabi” (Təl-Əviv, İsrail) – “Reykyavik” (İslandiya) qarşılaşmasının baş hakimi olub.

 

Hələ ki, əsas yığmaların və Çempionlar Liqasının oyunları üçün UEFA-nın etibar etmədiyi Papapetru bəzi qarşılaşmalarda 4-cü hakim funksiyasını yerinə yetirib. O, ilk dəfə Azərbaycan komandasının oyununa təyinat alır.

 

Qeyd edək ki, “Uypeşt” – “Neftçi” görüşü iyulun 19-da Budapeştdə keçiriləcək.