"Neftçi"nin futbolçusu oynadı, yığması qələbə qazandı
27.12.2025 - 20:41
"Neftçi"nin futbolçusu oynadı, yığması qələbə qazandı

"Neftçi"nin yarımmüdafiəçisi Sessi Dalmeydanın və "Sumqayıt"ın müdafiəçisi Abdul Raşid Muminin də üzvü olduğu Benin millisi Afrika Millətlər Kuboku çərçivəsində növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, qrup mərhələsinin 2-ci turunda Benin millisi Botsvana yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Benin yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 28-ci dəqiqədə Yoan Roş vurub.

"Neftçi"nin yarımmüdafiəçisi Sessi Dalmeyda qarşılaşmaya start heyətində başlayıb və 54-cü dəqiqədə Samadou Attidjikou ilə əvəz olunub. Abdul Raşid Mumini isə ehtiyat oyunçular skamyasında yer alıb.

Qeyd edək ki, bu nəticədən sonra D qrupunda 3 xal toplayan Benin üçüncü pillədə qərarlaşıb. Xalı olmayan Botsvana isə qrupun sonuncusudur.