"Neftçi"nin keçmiş baş məşqçisi Super Liqa klublarının radarına düşüb
31.05.2025 - 10:34
"Neftçi"nin keçmiş baş məşqçisi Super Liqa klublarının radarına düşüb

"Neftçi"nin keçmiş baş məşqçisi Adrian Mutu Türkiyə klublarının radarına düşüb. 

Apasport.az yerli mediaya istinadla xəbər verir ki, 2 Super Liqa klubu Mutu ilə maraqlanır. 

Adları açıqlanmayan Anadolu klublarının Mutu ilə danışıqlar apardığı iddia edilib. Yunanıstan Liqasından olan "Aris" də rumıniyalı çalışdırıcı ilə danışıqlar aparır.

46 yaşlı mütəxəssis sonuncu dəfə "Petrolul Ploiesti" çalışdırıb. 

Qeyd edək ki, Mutu 2023/24 mövsümündə "Neftçi"yə rəhbərlik edib.