[b]"Neftçi"nin potensial rəqibindən yeni transfer[/b]
27.06.2018 - 17:20
[b]"Neftçi"nin potensial rəqibindən yeni transfer[/b]

Yarımmüdafiəçi Roke Mesa karyerasını “Sevilya”da davam etdirəcək. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, ispan klubu 29 yaşlı futbolçunun müqavilə haqlarını “Suonsi”dən alıb.

 

Mesa ilə 2021-ci ilin yayına kimi saziş imzalanıb.

 

İspan futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında “Sevilya”da keçirmişdi. La Liqada 7 oyunda meydana çıxan Roke Mesa hansısa məhsuldar göstərici ilə yadda qalmamışdı.

 

Qeyd edək ki, “Neftçi” Avropa Liqasında “Uypeşt”i mübarizədən kənarlaşdıracağı təqdirdə II təsnifat mərhələsində “Sevilya”ya rəqib olacaq.