Argentina millisinin dünya çempionatında uğursuz çıxışı “Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi “Sevilya” klubunu sevindirir. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, cənubi amerikalıların qrupda qalması əndəlüs təmsilçisinin planında dəyişikliyə səbəb olacaq.
Məsələ burasındadı ki, “Sevilya”nın iki futbolçusu – Qabi Merkado və Ever Baneqa hazırda Argentina yığmasının heyətində yer alır. Əgər komanda qrup səddini aşa bilməsə, adıçəkilən futbolçular klubun düşərgəsinə tez qoşulacaqlar. Belədə onlar Avropa Liqasının II təsnifat mərhələsində baş məşqçinin ixtiyarında olacaqlar.
“Tanqoçular” mundialda yollarını davam etdirsələr, Merkado ilə Baneqa “Neftçi” və ya “Uypeşt”lə görüşü buraxacaqlar. Çünki turnirdən sonra oyunçular bir müddət istirahətə buraxılacaq, ardından fərdi məşqlərə başlayacaqlar.
Qeyd edək ki, “Neftçi” “Uypeşt” səddini aşa bilsə, Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 26-da və avqustun 2-də “Sevilya” ilə qarşılaşacaq.
- Kloppla birlikdə Saneyə milli qapısı bağlanır
- Ölkələr açıqlandı: 2028 və 2029-cu illərin avrokubok finalları bu stadionlarda
- Pepedən De Paula sərt sözlər: “Bizim dövrümüzdə oynasaydı...”
- Boliviyada şok haidsə: “3 qol burax, yoxsa ailəni öldürəcəyik”
- Ruben Neveşə qarşı Jota təxribatı: Federasiya açıqlama yaydı