Nəriman qol ötürməsi etdi, komandası yarımfinala yüksəldi - VİDEO
21.05.2026 - 09:38
Nəriman qol ötürməsi etdi, komandası yarımfinala yüksəldi - VİDEO

Futbol üzrə ABŞ Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” öz meydanında “Nyu York Siti” ilə üz-üzə gəlib.

Görüş ev sahiblərinin minimalhesablı qələbədi ilə yekunlaşıb - 1:0.

Nəriman oyuna start heyətdə başlayıb və 64-cü dəqiqəyə qədər meydanda olub. O, komandasının yeganə qolunun məhsuldar ötürməsini edib.

Qeyd edək ki, “Kolumbus Kryu” yarımfinal mərhələsində “Orlando” ilə qarşılaşacaq.