Neymar və Verratti transferə çıxarıldı
09.08.2023 - 21:17
Neymar və Verratti transferə çıxarıldı

PSJ yay transferi dövründə bəzi oyunçularla yolları ayıracaq. 

Apasport.az saytı xəbər verir ki, rəhbərlik 5 futbolçuya özunə klub tapmaq tapşırığı verib.

Paris klubu Neymar, Marko Verratti, Renatu Sançes, Uqo Ekitike və Xuan Bernatı bu barədə məlumatlandırıb. Baş məşqçi Luis Enrike və komandanın direktoru Luiş Kampuş adıçəkilən futbolçularla görüşdə onların xidmətində maraqlı olmadıqlarını bildiriblər.

Qeyd edək ki, Neymar və Verratti PSJ-nin əsas üzvlərindən sayılırdılar.
 

0