“Ümid edirəm ki, bir gün ən böyük arzumu reallaşdırıb, dünya çempionu olacam. Ancaq bəzən bütün arzular gerçəkləşmir”.
Apasport.az saytının məlumatına görə, bunu braziliyalı futbolçu Neymar deyib.
“Əl-Hilal”ın şərəfini qoruyan 31 yaşlı hücumçu arzularını dilə gətirib. O bildirib ki, dünya kubokunu başı üzərinə qaldırmaq onun üçün ən gözəl gün olar: “Braziliyada demək olar ki, əksər futbolçuların bir kumiri var - Ziko. Amma o da dünya çempionu ola bilməyib. Bunu futbolçunun malik olduğu keyfiyyətlər və istedad həll etmir. Bu sözləri mənim haqqımda da söyləmək olar”.
Qeyd edək ki, Braziliya millisində 124 oyuna çıxan Neymar 77 qol vurub.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı