Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər
06.07.2025 - 17:49
Niderland millisinin futbolçusu Memfis Depay “Korintians”dan ayrıla bilər.
Apasport.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Klub Depayın maaşını ödəməkdə çətinlik çəkdiyi üçün onunla yolları ayırmaq istəyir.
Qeyd edək ki, 31 yaşlı hücumçu ötən ilin sentyabr ayından "Korintians"ın şərəfini qoruyur. Niderland millisinin üzvü olan Depay bu komanda ilə çıxış etdiyi 42 rəsmi matçda 13 qol və 14 assistlə yadda qalıb.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0