“Nottingem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
21.10.2025 - 19:52

İngiltərənin "Nottinqem Forest" komandası yeni baş məşqçisinin adını açıqlayıb.
Apasport.az xəbər verir ki, bu vəzifəyə Şon Dayç gətirilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis Premyer Liqanın VIII turunda "Çelsi"yə 0:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilən Ange Postekoqlunu əvəzləyib.
Xatırladaq ki, Şon Dayç son olaraq digər Premyer Liqanın digər təmsilçisi "Everton"a rəhbərlik edib.
0
0