"Nyukasl" hücumçusu ilə yollarını ayıra bilər 
02.04.2024 - 14:56
"Nyukasl" hücumçusu ilə yollarını ayıra bilər 

İsveç millisinin və "Nyukasl"ın hücumçusu Aleksandr İsak karyerasını başqa İngiltərə klubunda davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Totenhem” futbolçu ilə maraqlanır. 

“Nyukasl” Aleksandra təxminən 100 milyon təklif etsələr, yay “transfer pəncərəsi”ndə onunla ayrılmağa hazır olacaqlar. 

"Transfermarkt" portalı oyunçunun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

İngiltərə Premyer Liqasının bu mövsümündə İsak 21 oyun keçirib, 14 qol vurub və 1 məhsuldar ötürmə edib. 
 

0