[b]“Olimpiya”da islahat: 5 oyunçu göndərildi[/b]
01.07.2018 - 19:23
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya” heyətində islahatlar aparıb. Apasport.az saytının məlumatına görə, Lyublyana klubu 5 oyunçu ilə vidalaşıb.
Rəsmi saytı vasitəsilə açıqlama yayan Sloveniya təmsilçisi Rok Vodişek, Mitç Apau, Ceyson Devidson, Dario Kanadio və Rikardo Alveslə rəsmi şəkildə yolların ayrıldığını bildirib və onlara xidmətlərinə görə təşəkkür edib.
Vodişka, Apau və Alvesin müqaviləsi başa çatıbsa, Devidson və Kanadio Xorvatiya “Rieka”sı ilə anlaşıblar.
0
0