Oliver Torres "Sevilya"dan azad agent kimi ayrılacaq
29.05.2024 - 11:32
Oliver Torres "Sevilya"dan azad agent kimi ayrılacaq

"Sevilya"nın yarımmüdafiəçisi Oliver Torres bu yay azad agent kimi hazırkı klubunu tərk edəcək.

Apasport.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Xatırladaq ki, Torres 2019-cu ilin yayından “Sevilya”da çıxış edir, daha əvvəl “Porto”, “Atletiko Madrid” və “Vilyarreal”ın şərəfini qoruyub.

2023/2024 mövsümündə 29 yaşlı ispaniyalı 35 oyun keçirib və 2 məhsuldar ötürmə edib. 

0