[b]“Onun üzündən Azərbaycana getdim”[/b]
30.07.2018 - 12:23
[b]“Onun üzündən Azərbaycana getdim”[/b]

“Qəbələ”nin sabiq futbolçusu Endi Hallidey maraqlı açıqlama ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, “Reyncers” TV-yə müsahibə verən şotlandiyalı yarımmüdafiəçi yeni baş məşqçi Stiven Cerrardı tərifləyib.

 

O, sabiq çalışdırıcı Pedro Çaysanyenin ayrılmasını özü üçün şans hesab edir. 27 yaşlı orta sahə oyunçusu yenidən həmin günləri yada salıb: “Pedro ilə münasibətimiz tam fərqli idi. Həmin vaxt “Reyncers”də gələcəyim yox idi, bu səbəbdən getmək məcburiyyətində qaldım. Onun üzündən Azərbaycana getdim. Lakin 6 aydan sonra geri qayıtdım və ötən mövsümün sonlarında bir neçə matçda iştirak etdim. Cerrard isə tam başqadı. Onunla bir neçə dəfə söhbətimiz də olub. Oyunçular üçün Cerrardla çalışmaq çox xoşdu”.

 

Qeyd edək ki, Endi Hallidey ötən mövsümün ilk yarısını icarə əsasında “Qəbələ”də keçirib.

0