[b]“Onunla bağlı konkret təklif “Qarabağ”dan gəldi” – idman direktoru[/b]
04.07.2018 - 09:36
[b]“Onunla bağlı konkret təklif “Qarabağ”dan gəldi” – idman direktoru[/b]

“Hannesin dünya çempionatındakı çıxışı diqqətdən kənarda qalmadı”. Apasport.az saytının məlumatına görə, bunu “Randers”in idman direktoru Soren Pedersen bildirib.

 

O, klubun saytına açıqlamasında Hannes Tur Halldorssonun “Qarabağ”a keçidini dəyərləndirib. Pedersen islandiyalı qolkiperlə maraqlanan komandanın çox olduğunu əlavə edib: “Onunla maraqlanan çox idi. Ancaq konkret təklif “Qarabağ”dan gəldi və onlarla razılaşdıq. Hannes bizim samballı oyunçularımızdan biri idi. Komandamız üçün həm meydanda, həm də ondan kənarda böyük əhəmiyyət kəsb edirdi. Biz Hannesə “Randers”dəki xidmətlərinə görə təşəkkür edirik. Gələcək karyerasında uğurlar arzulayırıq”.

 

Qeyd edək ki, Hannes Tur Halldorsson builki dünya çempionatında İslandiya millisinin qapısını qoruyub, qrup mərhələsində Argentina ilə matçda (1:1) Lionel Messinin penalti zərbəsini dəf edib.

0