Osimhen üçün 100 milyon avro
12.03.2026 - 12:26
Viktor Osimhen "Qalatasaray"ı tərk edə bilər.
Apasport.az xəbər verir ki, futbolçu "Bavariya"nın diqqət mərkəzindədir.
Münhen klubu nigeriyalını transfer etmək istəyir. Almaniya təmsilçisi hücumçu üçün 100 milyon avro ödəməyə hazırdır.
Forvardla "Mançester Yunayted" və "Arsenal" klubları da yaxından maraqlanırlar.
Qeyd edək ki, Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində 28 oyunda 18 qol vurub, 7 qol ötürməsi edib.
0
0