[b]“Özümü daha yaxşı tərəfdən göstərəcəm” – Baqali Dabo[/b]
30.06.2018 - 13:47
[b]“Özümü daha yaxşı tərəfdən göstərəcəm” – Baqali Dabo[/b]

"Təlim-məşq toplanışımız ağır keçir. Zarafat edirəm. Normal keçir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Baqali Dabo deyib.

 

Klubun televiziyasına açıqlama verən fransalı hücumçu yay təlim-məşq toplanışı barədə fikirlərini açıqlayıb: “Yeni baş məşqçi və yeni fiziki hazırlıq üzrə məşqçidən yeni şeylər öyrənirik. Bildiyiniz kimi, onlar İtaliyadandılar. Məncə, hamıya məlumdu ki, italiyalılar təlim-məşq toplanışını necə keçirlər. Biz də bununla burada tanış olduq. Ağır və ya yüngül keçdiyini deyə bilmərəm. Məşqlərimiz orta yüklənmə ilə davam edir”.

 

Dabo komandasının tezliklə yaxşı formada olacağını bildirib: “Bir müddət sonra komandamız daha da yaxşı formada olacaq. Adaptasiya prosesi mənim üçün yaxşı keçir. Çünki bir çox futbolçunu əvvəldən tanıyırdım. Bakının müxtəlif yerlərində onlarla tez-tez üzbəüz gəlmişik. Birlikdə oyunlara baxmışıq və yaxud restoranlarda qarşılaşmışıq. Azərbaycan çempionatının oyunlarında bir-birimizə qarşı çox çıxış etmişik. Çoxunu oradan tanıyıram. Ona görə də adaptasiya asan keçir. İlk oyuna gəldikdə isə bir az yorğunluq var idi. Məncə, bu normaldı. Artıq bir müddətdir hazırlaşırıq. Fikrimcə, vaxt keçdikcə özümü daha da yaxşı tərəfdən göstərə biləcəm. İlk görüşdəki yorğunluğa baxmayaraq qələbə qazandıq. Mənə elə gəlir ki, pis oynamadım. Amma bunu məşqçi daha yaxşı bilər. İlk oyun üçün hər şey yaxşı idi”.