Paketa çərpələngin qurbanı oldu - qeyri-adi zədələnmə
25.06.2022 - 11:48
Paketa çərpələngin qurbanı oldu - qeyri-adi zədələnmə

“Lion”un futbolçusu Lukas Paketa qeyri-adi şəkildə zədələnib.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçinin barmağı kəsilib.

Paketa çərpələng uçurdarkən bu xoşagəlməz hadisəni yaşayıb. Oyunçunun durumu yaxşı olsa da, kiçik əməliyyata məruz qalacaq.

Qeyd edək ki, Paketa 2020-ci ildə “Milan”dan “Lion”a keçib.
 

0